5 Oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilmişdir.
5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu gün müqəddəs müəllim peşəsi sahiblərinə təşəkkür günüdür. Azərbaycan Maarifçilər Assosiasiyası olaraq 5 Oktyabr – Ümumdünya Müəllimlər Günü ilə əlaqədar olaraq “Təşəkkürlər Müəllim” estafetinə start verir.
Hər kəsin həyatında xüsusi rol oynayan ən azı bir müəllim olur. Gəlin bu günkü təbrik postumuzu həmin müəllimimizə həsr edək. Həyatımızı dəyişən, bizi BİZ edən müəllimimiz haqqında ürək sözlərimizi yazaraq #TəşəkkürlərMüəllim haştaqı ilə paylaşaq.