Azərbaycan Maarifçilər Assosiasiyası haqqında

Azərbaycan Maarifçilər Assosiasiyası (AMA) təhsil sahəsində ümumi məqsədlərə nail olmaq üçün bu sahədə çalışanların birgə fəaliyyətini əlaqələndirən birlikdir. AMA Respublikanın müxtəlif bölgələrində çalışan təhsil işçilərinin təşəbbüsü ilə təsis olunub. Assosiasiya respubilkanın bütün bölgələrində maarifləndirmə layihələri həyata keçirir.

AMA üzvlər arasından seçilmiş sədr və katiblik tərəfindən idarə olunur. Katiblərin çıxardığı qərarlar bölgələr üzrə olan koordinatorlar tərəfindən bütün üzvlərə çatdırılır.

AMA-ya üzvlük könüllülük əsasındadır və ödənişlidir. 3 illik tamqhüquqlu üzvlüyünü təsdiq edən maarifçilərə “Azərbaycan Maarifçi Kartı” hədiyyə olunur.

Dəyərlərimiz:

  • Sevgi – irqindən, cinsindən, vəzifə və statusundan asılı olmayararaq hər kəsə sevgi ilə yanaşmaq;
  • Təhsil – hər yerdə və hər zaman təhsili əsas tutmaq;
  • Toplum – hər bir işdə toplumun, cəmiyyətin inkişafını düşünmək;
  • Dürüstlük – özünə və digərlərinə qarşı dürüst olmaq.

Xidmətlərimiz:

  • Seminar, vebinarlar, təlim və master klaslar
  • Yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində layihələr
  • Ölkədaxili və ölkə xaricinə təhsil səfərləri
  • Təcrübə mübadiləsi
  • Təhsil tədbirlərinin təşkili
  • Üzvlərə hüquqi –psixoloji və tibbi dəstək

Biz kimik?

Azərbaycan Maarifçilər Assosiasiyası aşağıdakı dəyərlər ətrafında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan birlikdir.

Sevgi

İrqindən, cinsindən, vəzifə və statusundan asılı olmayararaq hər kəsə sevgi ilə yanaşmaq!

Təhsil

Hər yerdə və hər zaman təhsili əsas tutmaq, maarifçilik ənənələrini yaşatmaq!

Toplum

Hər bir işdə toplumun, cəmiyyətin inkişafını düşünmək!

Dürüstlük

Özünə və digərlərinə qarşı dürüst olmaq!

Təsisçilər

Üzv Ol