Azərbaycan Maarifçilər Assosiasiyası və “Uniser Edication” olaraq “AKİN- Akademik İnkişaf” Təhsil Proqramı” çərçivəsində üçüncü seminarımızdan olan görüntüləri təqdim edirik.
24 avqust tarixində baş tutan seminarın mövzusu “Kuklalarla dərs keçmək üstünlüyü” oldu. Seminarı “Yumruca Kukla Uşaq İnkişaf Platforması”nın qurucusu Fatime Hacıağaqızı təqdim etdi. Seminar zamanı iştirakçılar:
* Tədrisdə kuklaların rolu;
* Dərs kuklalarının hazırlanması;
* Kuklalarla dərs metodikası haqqında ətraflı məlumat əldə etdilər.
Seminarın praktik hissəsində iştirakçılar təlimçinin nəzarəti ilə öz əl kuklalarını da hazırladılar.
Seminarın video və fotolarını buradan əldə edə bilərsiniz: FOTO / VİDEO
“AKİN-Akademik İnkişaf” seminarları Bəsti Bağırova 2a ( Statistika dairəsinin yanı) ünvanında keçirilir. Seminar yalnız AMA kart sahibləri üçündür. AMA kart sahibi olmayanlar bit.ly/AMAkart qeydiyyatını doldurub kart sifariş etdikdən sonra seminarlarımıza dəvətnamə əldə edə bilərlər.
Ətraflı məlumat üçün 051 444 60 80 və 070 441 60 80 nömrələrimiz ilə əlaqə saxlaya bilərsiniz.
Biz nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik.