11 may tarixində Nizami Kino Mərkəzində Azərbaycan Maarifçilər Assosiasiyası və Polşanın “İnternational Science and Technology University”-nin Azərbaycandakı rəsmi nümayəndəsi olan “International Stady Group”-un dəvəti ilə adıçəkilən Univeristetin mütəxəssisləri tərəfindən “Təhsildə Yeni Trendlər” adlı Beynəlxalq Forum keçirimişdir.
Ölkənin müxtəlif şəhər və rayonlarından qatılan 500-ə yaxın təhsil işçisi və maarifçi-müəllimin qatıldığı forumun əsas məqsədi təhsildə yeni trendləri müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirmək və maarifçi müəllimlər üçün şəbəkələşmə görüşünü təşkil etməkdir.
Forumu Azərbaycan Maarifçilər Assosiasiyasının rəhbəri Tofiq Sadıxov açaraq tədbirin əhəmiyyəti və forum haqqında məlumat verdi. Azərbaycan Maarifçilər Assosiasiyası və “İnternational Stady Group” ilə birgə layihəsi olan “Məktəb Səfirləri” proqramının təqdimatı keçirildi. Ölkənin bütün məktəblərindən olan innovativ və inkişaf etməyə həvəsli olan müəllimlər bu proqrama müraciət edərək öz məktəblərinin səfiri ola biləcəklər. “Məktəb Səfirləri” proqramı həm maarifçi müəllimlərin həm də onların şagirdlərinin bilik və bacarığının inkişafına dəstək verəcək bir proqramdır. Sonra “İnternational Stady Group”-un nümayəndəsi Sərdar Yusifoğlu çıxış edərək “İnternational Science and Technology University” haqqında və “Məktəb Səfirləri” proqramındakı rolları haqqında danışdı və forum iştirakçılarına uğurlar arzuladı.
Təqdimatın ardından forumun spikerləri beynəlxalq araşdırmacı və təhsil eksperti Seda Bahadır və “İnternational Science and Technology University”-nin beynəlxalq əlaqələr departamentinin rəhbəri, təhsil eksperti Bəxtiyar Nəcəfov iştirakçılara son illərdə təhsil sahəsində baş verən yeniliklər və bu yeniliklərin orta və ali təhsil sahəsinə təsirindən danışdılar.
Tədbirin video xülasəsini buradan izləyə bilərsiniz.
Tədbirdən hazırlanmış xəbər sujetlərini isə buradan izləyə bilərsiz: ATV | ARB
Forumun sonunda iştirakçılar “İnternational Science and Technology University” tərəfindən beynəlxalq sertifikatla təltif olunublar.
Azərbaycan Maarifçilər Assosiasiyası və “İnternational Stady Group” növbəti aylarda da müəllim və şagirdlər üçün bu formatlı forumlar təşkil edəcəkdir.