
Ağsu rayon Ağarx kənd Natiq Mirzəliyev adına tam orta məktəbin 1-ci sinif rəhbəri Kərimova Sevinc Zahid qızı Bayraq Günü və Zəfər Günü münasibətilə xüsusi tədbir keçirib.
Tədbir zamanı şagirdlər və müəllimlər birlikdə vətənpərvərlik ruhunda çıxışlar etdilər, şeirlər söylədilər və rəqslər nümayiş etdirdilər. Hər bir uşaq Azərbaycanın üçrəngli bayrağına olan sevgisini və qürur hissini ifadə ediblər.
Tədbirdən sonra kollektiv şəhidimiz Əzizağanın evini ziyarət edib. Şagirdlər və müəllimlər şəhidin ailəsi ilə görüşüb, ruhuna dualar oxuyublar. Bu ziyarət uşaqlarda vətənə sevgi, şəhidlərə hörmət və minnətdarlıq hissini daha da möhkəmləndirib.
Belə tədbirlər uşaqlarda milli dəyərlərə bağlılıq, vətənpərvərlik və azərbaycançılıq ruhunu gücləndirir.
Tədbirlə bağlı FOTO və VİDEO-ları BURADAN izləyə bilərsiniz.