Aqressiya latın dilində tərcümədə “hücum etmək “ deməkdir. Aqressiya yalnız insana qarşı deyil, hər hansı əşyaya qarşıda yönələ bilər. Bir canlı varlığın digər canlı varlığa fiziki və mənəvi hücum edərək zərər vermək istəməsidir.
Aqressiya 2 cür olur:
1) Düşmənçilik məqsədilə ,kiməsə zərər yetirmək üçün
2)İnstrumental- məqsədə çatmaq üçün
Uşaqlarda aqressiya hallarına tez-tez rast gəlinir.
3 yaşa qədər uşaqlarda aqressiyanın növləri:
1)1-2 yaş aralığı olan uşaqlarda qıcıqlandırıcı amilə qarşı (iynə vurmada, tanımadığı insanların əhatəsində olanda)
2) 2-2,5 yaş aralığında olarkənöz yaşıdlarına qarşı özünə aid olan hərşeyi tələb edir və müdafiə edir.
3) 3yaşda olan uşaqda instrumental aqressiyaya rast gəlinir.(öz məqsədinə çatmaq üçün qışqırır, ağlayır)
Ailədaxili baş verən aqressiyanın aradan qaldırılması üçün aqressiyanı idarə edən bir neçə effektiv tədbirlərə əl atırıq:
1)Modelləşdirmə- aqressiya tətbiq etmədən məqsədə nail olmaq üçün müxtəlif modellərin nümayişi
2)Rol oyunları- əks əlaqənin yaradılması ,qeyri-aqressiv davranış modelərinin təqdir olunması, əldə olunmuş vərdişlərin real şəraitdə praktik tətbiqi
Bir psixoloq kimi mütəmadi olaraq bu mövzuda məktəbdə uşaqlar arasında maarifləndirici tədbirlər təşkil edir valideynlərlə görüş təşkil edirəm.Çünki ,uşağın aqressiv olmasına səbəb ailədəki səbəblər ola bilir.Ailədə davam edən mübahisələr, qışqırıq eşidən uşaq bunu təlqin edərək özü də eynilə davranır.Yuxarı sinif şagirdlərində yuxusuzluq ,streslərlə üzləşmək ruhi sarsıntılarda insanı aqressiv edir.Mən düsünürəm ki, bunun üçün tibbi müalicə üsulu və psixoloq məsləhətinə hər zaman ehtiyac vardır.
Ağır yaşam şərtləri insanları aqressivləşdirir.Cəmiyyətdəki münasibətlərdə gərginlik yaradır.Hər kəs hər hansısa bir vəziyyətlə üzləşəndə küsür ,əsəbiləşir ,qəzəblənir ,içindəki aqressiyanı büruzə verir.Bu zaman insan ailədə etik qaydalara riayət etmədən qışqırır ,nalayiq sözlər deyir ,hətta güc tətbiq edə bilər.Aqressiyaya səbəb olan amillərdən biri də insanın gərgin iş rejimində işləməsidir. Çox işləyən və gərginlikdən istirahət edə bilməyən adamlar aqressiyanın qurbanına çevrilməklə yanaşı öz ailələrinə ,uşaqlarına, yaxınlarına qarşı sərt reaksiya göstərir. Bu isə ətrafdakı insanlar tərəfindən mənfi qarşılanır.O yalnız zərərli olmur bəzən insanın emosional cəhətdən normallaşmasına səbəb olur.Aqressiya uşaqların öz yaşıdları və müəllimi ilə anlaşma olmayanda da yaranır. Ailədaxilində aqressiya ba.qa necə yarana bilər?
1)Ailədaxilində uşaq şiddətə məruz qalarsa.Mübahisəli mühit, evdəki gərginlik, hirs ,bütün bunlar uşaqlarda aqressiyanın ən böyük əlamətlərinin meydana gəlməsinə səbəb olur.
2)Uşağın dostları tərəfindən xoşagəlməz davranışa məruz qalması
3) Valideynlərin təcavüzkarlığını gücləndirən reaksiyaların olması
4) Uşağa sevgi ehtiyacının verilməməsi ,uşağa lazımı qədər maraq göstərilməzsə və s.
Aqressiyanın qarşısını almaq üçün: rəhmdillik, mərhəmət ,yumor, birgə əməkdaşlığa maraq ,üzrxahlıq və s kimi bütün bunlar aqressiv tendensiyaları xeyli zəiflədir.Bəzən isə ailədaxili aqressiyanın yaranmasına səbəb olan amil kimi bəzi orqanik səbəbləri də göstərə bilərik:
1)Beynində iltihablanma.
Belə bir halda həkim məsləhəti ilə dərmanlı müalicə lazımdır.
2)Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi.
Psixoloq Fəridə Mahmudova
Azərbaycan Respublikası, Ağstafa rayonu A.Abdullayev adına 2 nömrəli məktəb