

Azərbaycan Maarifçilər Assosiasiyası olaraq Türkiyədən olan yeni təhsil və təlim tərəfdaşımız ilə ikitərəfli əməkdaşlıq və gələcək layihələrin ortaq planlanması üçün ilkin görüş keçirdik.
Görüş təşkilatımızın təssiçi və sədri Tofiq Sadıxov, Beynəlxalq Əlaqələr üzrə koordinatorumuz Aynur Özəl, TESAM-ın xaricdəki şöbələrə cavabdeh başçı köməkçisi və Türkistan başçısı M. Talha Zeytinci, TESAM Azərbaycan Nümayəndəsi Elmətin Məmmədzadə iştirakı ilə baş tutub.
Görüş zamanı Türk Dünyası Gənclər Düşərgəsi çərçivəsində təhsil və mədəniyyət yönümlü fəaliyyətlər müzakirə olunub. Bu çərçivədə gənclər, psixoloqlar, pedaqoq və müəllimlər üçün nəzərdə tutulan təlim proqramları üzrə birgə əməkdaşlıq imkanları müzakirə edilib.
İlkin müzakirələrdən sonra bu il üçün nəzərdə tutulan ilk ortaq layihənin mart ayında həyata keçirilməsi razılaşdırılıb.