
Üzvlərimiz üçün nəzərdə tutulan ödənişsiz “Maarifçi Vebinarları”na başlayırıq.
Bu silsiləsindən ilk interaktiv vebinarımız psixoloq Emin Səfərovun təqdimatında “Alfa nəsil uşaqlarla necə işləməliyik?”
mövzusunda baş tutdu.
Vebinar zamanı iştirakçılar alfa nəsil uşaqlar kimdir, müəllim şəxsiyyəti və pedaqoji fəaliyyət, alfa nəsil uşaqlar, onların psixoloji problemlərinin təsnifatı və onlarla iş prinsipi haqqında geniş məlumat əldə etdilər. İnteraktiv şəkildə keçən vebinar ərzində iştirakçılaq qonaq spikerimizə suallarını verib mövzunu qarşılıqlı müzakirə şəklində daha da dərindən mənimsədilər.
Növbəti vebinarlarımıza qoşulmaq üçün postun altına #maarifcivebinarları yazın ətraflı məlumat göndərək.