
“Hədəfdə STEAM – 8” adlı beynəlxalq interaktiv təlim-treninqi
Sizi Azərbaycan Maarifçilər Assosiasiyasının tərəfdaş olduğu, Hədəf STEAM Liseyi, Eduhek, Robotzade, Hədəf Təlim və Karyera Mərkəzi və Hədəf Globalın birgə təşkilatçılığı ilə 26-27 yanvar 2026-cı il tarixində keçiriləcək “Hədəfdə STEAM – 8” adlı beynəlxalq interaktiv təlim-treninqinə dəvət edirik.
Artıq 8-si keçiriləcək bu təlim 2019-cu ildən Azərbaycanın ilk STEAM liseyi olan Hədəf Liseyi tərəfindən keçirilir. Təlim-treninqin əsas məqsədi müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEAM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsini paylaşmaqdır. İştirakçılar STEAM, Makeblock robotiks, Arduino, MatataLab, və Fischertechnik kimi metod və məhsulların, CNC lazer və 3D printer aparatlarının tətbiqi ilə toxunaraq, edərək ev tapşırığına ehtiyac olmadan dərslərdə öyrənmənin effektivliyini müşahidə edəcək, STEAM dərslərinin qurulması, STEAM əsaslı təhsildə fənlərin inteqrasiyasından düzgün istifadə, STEAM-la bağlı suallara cavab tapacaqlar.
Təlimlər müasir təhsil işçilərinin məruzələrindən, 5 blokda 4 fərqli təlim modelləri üzərində qurulmuş interaktiv və inteqrativ dərslərdən, məruzəçilərin və təşkilatçıların panel toplantısından ibarət olacaq.
Forumu dolduraraq qeydiyyatdan keçən AMA üzvlərinə təlimin ödənişində 20%, regiondan qoşulan maarifçilərimizə isə 50% ENDİRİM var.
Qeydiyyat üçün: https://forms.gle/39yueGGWHEqYF8Ew7