Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
və “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsinin 2025-2026-cı tədris ili üçün məktəb seçimi prosesinə start verilir.
Layihənin məqsədi seçilmiş ümumi təhsil müəssisələrində müasir təhsil və tədris yanaşmalarını tətbiq etməklə STEAM fənlərinin inteqrasiyası təmin etmək, eləcə də təhsil liderliyinin inkişafı və tədris idarəçiliyində yeniliklərin tətbiqi ilə 21-ci əsr məktəb modelini formalaşdırmaqdır.
Layihəyə yeni məktəblərin qoşulması üçün seçim prosesi 2 mərhələdə həyata keçiriləcək: ilkin mərhələdə məktəblər müraciət formasını dolduraraq müraciət edəcək, daha sonra uyğun məktəblərin rəhbər heyəti üçün müsahibələr təşkil olunacaq.
Layihə çərçivəsində iştirakçıların bilik və təcrübələrinin artırılması məqsədilə xaricdə təlim səfərlərinin təşkili nəzərdə tutulub.
Müraciət üçün meyarlar:
Şagird sayı 500-2000 aralığında olmalı
Məktəbdə STEAM, Rəqəmsal Bacarıqlar və Peşə Təmayüllü siniflər layihələrindən ən azı ikisi həyata keçirilməli
Texniki fənlər (fizika, riyaziyyat, kimya, informatika və s.) üzrə gənc, təşəbbüskar və aktiv müəllim heyəti olmalı
Direktor və idarəetmə komandası inkişafa açıq, fəal, layihədə iştirak etməyə motivasiyalı olmalı
Layihədə iştirak edən məktəblər nə əldə edəcək?Direktor və rəhbərlik komandası üçün təhsil liderliyi və innovativ idarəçilik mövzusunda beynəlxalq təlimlər
Direktorlar üçün mentorluq dəstəyi
STEAM və texniki fənlər üzrə praktiki yönümlü yanaşmaların tətbiqi
Digər innovativ məktəblərlə şəbəkələşmə və qarşılıqlı öyrənmə imkanları
Layihə çərçivəsində məktəbin brendinin gücləndirilməsi və nümunəvi öyrənmə mərkəzinə çevrilməsi.Müraciət formasına keçid: https://forms.gle/1r5aXQKZGAb3k4DJ8
Müraciət üçün son tarix: 15 avqust 2025-ci il
Qeyd: Sorğu məlumatları yalnız məktəb direktorları tərəfindən təqdim olunmalıdır.