

Azərbaycan Maarifçilər Assosiasiyası olaraq 2026-cı ilimizin ilk tədbirini maarifçilərin “Səhər Görüşü” ilə açdıq. Görüşün budəfəki mövzusu həyat və fəlsəfəni birləşdirən “Özünü axtaran adam” oldu. Həbib Heydərin təqdimatında interaktiv formatda keçən fəlsəfi müzakirə çox maraqlı alındı.
Görüşün ikinci hissəsində isə 2026-cı il üçün olan planlarımızı üzvlərimizlə bölüşdük. Üzvlərdən gələn təklifləri nəzərə alaraq bu il daha çox ənənəvi formatda, real görüşlər təşkil edəcəyik.
Görüşün sonunda isə “Səhər Görüşü”müzə əlidolu gələn dostlarımız iştirakçılara hədiyyələrini təqdim etdilər. Bu özəl gündə yanımızda olan “Ozel.az”, “Ozel Box” və “Ətirşah” brendlərinə bütün üzvlərimiz adından təşəkkür edirik.
Unutmayın, biz nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik. Növbəti görüşlərimizi qaçırmamaq üçün səhifəmizi izləyin.
#AMA #İşimizmaarifləndirməkdir #SəhərGörüşü #özəl #Ətirşah