Azərbaycan Maarifçilər Assosiasiyası və “Uniser Edication” olaraq “AKİN- Akademik İnkişaf” Təhsil Proqramı” çərçivəsində ikinci seminarımızdan olan görüntüləri təqdim edirik.
15 avqust tarixində “International Islamic Academy of Uzbekistan” Universitetinin ingilis dili kafedrasının baş müəllimi Kamola Aripovanın təqdimatında ingilis dilində “New educational assessment tools” adlı interaktiv seminarımız baş tutdu. Seminar zamanı Kamola xanım maarifçi müəllimlərimizə aşağıdakı qiymətləndirmə alətləri haqqında məlumat verdi və praktik çalışmalar işlətdi:
* Kahoot * Padlet
* Mentimetr * Quizzes
* Plickers * Jeopardy
Seminarın video və fotolarını buradan əldə edə bilərsiniz: VİDEO / FOTO
Seminarlarımız Bəsti Bağırova 2a ( Statistika dairəsinin yanı) ünvanında keçirilir. Seminar yalnız AMA kart sahibləri üçündür və ödənişsizdir. AMA kart sahibi olmayanlar bit.ly/AMAkart qeydiyyatını doldurub kart sifariş etdikdən sonra seminara dəvətnamə əldə edə bilərlər.
Ətraflı məlumat üçün 051 444 60 80 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Biz nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik.