Azərbaycan Maarifçilər Assosiasiyası “Maarifçi” Təlim və Konsultasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə “Öz layihəni özün yaz” adlı layihə yazılışı üzrə Master Klassların keçirilməsinə start verir.
İlk Master Klass 12 fevral tarixində İsmayıllı şəhərində keçirildi. Master Klası “Maarifçi” TKM-nin direktoru Pərviz Bilişzadə giriş sözü ilə açaraq Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqə haqqında müəllimlərə məlumat verdi və iştirakçılara uğurlar arzuladı.
3 saat davam edən Master Klası müddətində AMA-nın sədri, layihə yazılışı və idarəçiliyi üzrə təlimçi ekspert Tofiq Sadıxov İsmayıllı maarifçilərinə sosial layihələrin yazılması, ideyadan layihə şəklinə salınması, məqsəd və vəzifələr, görüləcək işlər, səbəb və nəticə əlaqələri, layihə büdcəsinin formalaşdırılması və s. bölmələr üzrə məlumat verdi. İnteraktiv şəkildə keçən görüşdə müəllimlər onları düşündürən və layihə yazılışı prosesində çətin görsənən məqamları haqqında olan suallarına cavab tapa bildilər. Master Klassın keçirilməsndə göstərdiyi dəstəyə görə “Niyal” Tədris Mərkəzinin rəhbərliyinə təşəkkür edirik.
Növbəti Master Klassın Sizin bölgədə keçirilməsini istəyirsinizsə “Maarifçi” Təlim və Konsultasiya Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.