Əziz maarifçilər, yeni layihəmizi sizlərlə bölüşməkdən qürur duyuruq. Bu xəbəri ailənizdə və ətrafınızda olan gənc atalar və ata olmağa hazırlaşan gənclərlə bölüşün.
Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” və “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsinin növbəti fazasına start verilir.
BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, “Gender Hub Azerbaijan” sosial platforması və “Azərbaycan Maarifçilər Assosiasiyası”nın dəstəyi ilə icra edilən layihənin əsas məqsədi gənc ataları və ata olmağa hazırlaşan şəxsləri uşağa qayğı və ev işlərində fəal iştiraka cəlb etməklə ailədaxili münasibətlər və ailənin maddi rifahına mənfi təsir edən davranış normaları və gender-əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə verməkdən ibarətdir.
8 şəhəri (Bakı, Lənkəran, Mingəçevir, Qax, Ağstafa, Sumqayıt, Gəncə, Tovuz) əhatə edən layihədə gənclər evləri, gənclər və idman idarələri, gənclər təşkilatları, gender bərabərliyi və ailə planlaması üzrə fəaliyyət göstərən platformalarla birgə fəaliyyətin təşkil edilməsi məqsədilə görüşlər keçirilib.
Layihənin gedişatı barədə ətraflı məlumat növbəti günlərdə səhifəmizdə paylaşılacaq.
Biz nə ediriksə sevgi ilə, təhsil və toplum üçün dürüstcəsinə edirik.
– Assosiasiyamıza maarifçiliklə məşğul olan hər kəs üzv ola bilər
– Üzvlük üçün yaş məhdudiyyətimiz yoxdur
– Üzvlərimiz ölkədə yeganə olan “Azərbaycan Maarifçi Kartı” əldə edirlər
– Üzvlərimiz həm bizim, həm də 100-lərlə “Maarifçi Dostları”nın
xidmətlərindən endirimli və ya ödənişsiz faydalana biləcəklər