Azərbaycan Maarifçilər Assosiasiyası və Uniser Education olaraq AKİN Təhsil Proqramı çərçivəsində 1 sentyabr 2023-cü il tarixində baş tutan dördüncü seminarımızdan görüntüləri sizə təqdim edirik.
Bu dəfəki mövzumuz “Oyunlarla interaktiv dərs metodikası” oldu. Seminarı “Fərq Yaradan Müəllim 2023” müsabiqəsinin finalçısı, Azərbaycan Maarifçilər Assosiasiyasının “Təhsil Səfiri” Afət Nəbiyeva təqdim edirdi.
İnteraktiv keçən seminar zamanı iştirakçılar:
*İnnovativ dərs nədir;
*Oyunların tədris prosesində rolu;
*Oyunlarla keçirilən dərslərdən real nümunələr;
*”Dəmir Yumruq” strateji oyununun izahı;
*Dərs mövzularına uyğun oyun yaratma metodikası haqqında ətraflı məlumat əldə etdilə.
Seminarın praktik hissəsində iştirakçılar 5 qrupa ayrılaraq birlikdə öz dəsr oyunlarını hazırlayıb təqdim etdilər.
Seminardan olan görüntüləri buradan əldə edə bilərsiniz: FOTO / VİDEO
AKİN – Akademik İnkişaf Seminarları Bəsti Bağırova 2a ( Statistika dairəsinin yanı) ünvanında keçirilir. Seminar yalnız AMA kart sahibləri üçündür və ödənişsizdir.
AMA kart sahibi olmayanlar bit.ly/AMAkart qeydiyyatını doldurub kart sifariş etdikdən sonra növbəti seminarlarımıza dəvətnamə əldə edə bilərlər.
Ətraflı məlumat üçün 051 444 60 80 nöməsi ilə əlaqə saxlaya bilərsiniz.
Biz nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik.