Haqqı ödənməyəcək qədər böyük olan
maarifçi xanımlarımızı təbrik etmək üçün ölməz şairimiz Hüseyn Caviddən ilhamlanaraq 10 mart tarixində “Qadın Gülərsə” adlı xanım üzvlərimizlə səhər görüşündə görüşdük. Müəllim sevgisi dünyanı aydınladan işıqdır. Onlara bu işığın əbədi məşəl kimi daim şəfəq saçmasını arzuladıq.
Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş
50 xanım maarifçimizlə 8 Mart Beynəlxalq Qadınlar gününü birlikdə qeyd etdik. Görüşümüzün qonağı isə ailə və uşaq psixoloqu Gülbəniz İsmayılova oldu. Gülbəniz xanım görüş iştirakçıları üçün “Parabüzən” adlı bolluq-bərəkət ritualı etdik. Görüşün sonunda hər zamankı kimi şanslı üzvlərimizə kiçik hədiyyələr də verdik.
“Qadın Gülərsə” adlı şəbəkələşmə görüşündən olan foto və videoları buradan əldə edə bilərsiz: FOTO | VİDEO
Növbəti görüşlərimizə qoşulmaq üçün
AMA-nın tam hüquqlu üzvü olmağınız kifayətdir. Qoşulmaq üçün: bit.ly/AMAkart qeydiyyatını doldurun və bizdən geri dönüş gözləyin.
Biz nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik!