Azərbaycan Maarifçilər Assosiasiyasının Təhsil Səfiri, Bakı şəhəri 80 nömrəli tam orta məktəbin tarix müəllimi Afət Nəbiyeva Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Elm və Təhsil Nazirliyi ilə birlikdə keçirdiyi “Fərq Yaradan Gənc Müəllim 2023” müsabiqəsində Respublika üzrə 400 müəllim arasından 4 mərhələli seçim prosesini uğurla keçərək finala çıxan 10 müəllimdən biri olmağı haqq etmişdir.
15 avqust tarixində keçirilən final mərhələsində Afət müəllimənin tarix dərsində necə fərq yaratması haqqında olan dəsr təqdimatı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Nəticədə Təhsil Səfirimiz “Fərq Yaradan Gənc Müəllim 2023” müsabiqəsində 3-cü yerə layiq görülmüşdür.
Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən ümumrespublika müsabiqəsində qalib olan 3 müəllimdən biri olması münasibəti ilə Afət Bəkiri təbrik edir, dərslərdə tətbiq etdiyi yaradıcı fəaliyyətində uğurlar arzulayırıq. Gənc və perspektivli maarifçi müəllimimizin tətbiq etdiyi oyun əsaslı dərs metodikası hər bir müəllim üçün çox faydalı bir alət ola bilər. Bu səbəbdən də AKİN Təhsil Proqramının “Akademik İnkişaf Seminarları” çərçivəsində növbəti seminarların biri Afət Bəkirin “Oyun əsaslı tədris metodologiyası” mövzusuna ayrılacaqdır.
“Akademik İnkişaf Seminarları”mız AMA üzvləri üçün ödənişsizdir. Siz əgər hələ də bizə qoşulmamısınızsa buyurun müraciət edin. Yaşından, cinsindən, işlədiyi qrumdan və yaşadığı regiondan asılı olmayaraq sevgi ilə təhsil və toplum üçün dürüstcəsinə çalışan istənilən maarifçi sıralarımıza qoşula bilər. Qoşulmaq üçün bit.ly/AMAkart qeydiyyatını doldurmağınız kifayətdir.
Azərbaycan Maarifçilər Assosiasiyası adından başda dəyərli Təhsil Səfirimiz Afət müəllimə olmaqla bütün qalibləri təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
#AMA #TəhsilSəfiri #Sevgi #Təhsil #Toplum #Dürüstlük #İşimizMaarfifləndirməkdir