• İşimiz maarifləndirməkdir!
Tarix fənnini necə sevdirək?! / Afət NəbiyevaTarix fənnini necə sevdirək?! / Afət NəbiyevaTarix fənnini necə sevdirək?! / Afət NəbiyevaTarix fənnini necə sevdirək?! / Afət Nəbiyeva
  • Haqqımızda
    • Haqqımızda
    • Struktur
    • Əməkdaşlar
  • Layihələrimiz
    • Məhsəti Gəncəvi adına təqaüd proqramı
    • Təhsil Könüllüləri
    • Təhsildə İKT forumu
    • Yumruca Kukla
    • Mən bir müəlliməm
    • Mən bir istedadam
  • Maarifçi Dostları
  • Bizim Təhsil Səfirlərimiz
  • Əlaqə
Üzv Ol

Tarix fənnini necə sevdirək?! / Afət Nəbiyeva

  • Əsas səhifə
  • Maarifçi köşə yazıları
  • Tarix fənnini necə sevdirək?! / Afət Nəbiyeva
VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır
15/02/2023
“Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsinə Balakəndə start verildi
30/05/2023
25/05/2023

Məqaləyə necə başlayacığımı düşünürdüm qarşıma belə bir fikir çıxdı:- “Birinə verə biləcəyiniz ən böyük hədiyyə zamanınız,diqqətiniz,sevginiz və qayğınızıdır“( Joel Ostenn )Müəllim kimi fəaliyyətə başlayana qədər bu fikirlərin bir insan olaraq əhəmiyyətini anlayırdım ,ancaq müəllim olaraq işə başladığım gündən etibarən bunun fərqinə daha çox vardım. İlk sinfə daxil olduğum andan etibarən özümə belə bir sual vermişdim –Bu şagirdlər kim olacaq gələcəkdə və mənim bu şəxsiyyətlərin formalaşmasında rolum nədən ibarət olacaq? Zamanımı,sevgimi,diqqətimi,qayğımı və biliyimi onlara ehtiyac duyduqları qədər verə biləcəmmi? Şagirdlərimin ehtiyac duyduqları şey üzümdəki zəhm və tələbkarlıq deyil sevgidən doğan təbəssüm,inam və etibar idi.Bunu anlamaq çox zamanımı almamışdı. Şagirdlərimin birindən heç vaxt unutmayacağım bir söz eşitmişdim ilk dərs günlərimin birində-“Müəllim siz qışqıran müəllim deyilsiz” Artıq anlamışdım ki, tarixi sevmələri üçün ilk öncə məni sonra fənnimi sevməlidirlər. İşə ordan başladım . Dərslərimi onların istəklərini,maraq və təlabatlarını nəzərə alaraq qururdum. Tarixi sevməmələrinin səbəblərini araşdırırdım. Dərsi əzbərləyib danışırdılar və bu onlara heç nə qazandırmırdı ,heç bir bacarıq formalaşdırmırdı.Əksər şagirdlər tarixə mif kimi yanaşırdılar və dərsi sadəcə qiymət almaq xatirinə oxuyurdular.Bizə isə düşünə bilən, yarada bilən və problem həll edə bilən fərdlər yetişdirmək lazım idi. Bunun üçün isə aktiv öyrənmə prosesi tətbiq etmək lazım idi.Aktiv öyrənmədə zehni qabiliyyətlər olan analiz etmə ,sintez etmə ,qiymətləndirmə, tətbiq etmə, qərarlar vermə kimi bacarıqlar formlaşdırmalıydıq
Aktiv təlim proqramı “məqsəd-proses-qiymətləndirmə”dən ibarətdir.
• Məqsəd -məktəbdə şagirdin əldə etməsi arzu olunan davranış, münasibət və fikirlər.
• Proses – tədqiqat, təcrübə ,fəaliyyət
• Qiymətləndirmə-şagirdin uğurunun müəyyən edilməsi və tədqiqat mərhələsində lazımi düzəlişlərin edilməsi .
Aktiv öyrənmə mühitində şagird öyrənməyə maraq göstərir və onu maraqlandıran məsələlərdə şəxsən iştirak edərək öyrənir.Şagird özü öyrənmə məsuliyyətini dərk edir və onda bu düşüncələr formlaşır:
– Mən bu material haqqında kifayət qədər nə bilirəm?
– Daha geniş və əhatəli məsələlər üzərində necə işləməliyəm?
– Bütün bunları necə öyrənə bilərəm?
– Mən hardan bilə bilərəm ki, dəqiq məlumatdır, həqiqətdir?
– Başqa bir tələbə məndən fərqli düşünə bilər.
Bu gün sizə bu faəl öyrənmə mühitini qura bilmək üçün öyrəndiyim və tətbiq etdiyim bir neçə üsulu paylaşacam.

1. Şairlər məclisi:
Mövzu: Səfəvi Dövlət İdarəçiliyi 8-ci sinif
Üsulun bu mövzuda tətbiqi zamanı şagirdlər idarə qruluşuna daxil olan vəzifələrə və onların fəaliyyətinə dair şer yazırlar
1) Şagirdlər kiçik qruplara bölünür, hər bir qrup üçün bir vərəq ayrılır.
2) Mövzu haqqında şeir yazmaq tapşırılır.
Şerlərindən bir nümunə:
Bir şah var idi hamıdan ali
Vəkil məlum edirdi məsələdən hali
Orduya rəhbərlik edirdi əmir ül ümari
Mahalları idarə edirdi naibül vali
3) Qruplar sonra vərəqləri bir birinə ötürür , şerləri səsləndirirdikdən sonra münasibət bildirirlər
Sinifdə belə bir fəaliyyətin həyata keçirilməsi həm şagirdlərin əsas anlayışları dərk etməsinə, eyni zamanda öyrəndiklərini uzun müddət unutmamağa imkan verir.Ən öməmlisi isə yaradıcı təfəkkürləri inkişaf edir.

2. Sürətli dövrə
İstənilən məlumatın sürətli nəzərdən keçirilməsini təmin edir. Xüsusilən dərsin qısa təkrarında çox təsirli olur..
Bu fəaliyyət üçün aşağıdakı yol izlənir:
1) Burada bir nəfərə söz verəndən sonra digərləri növbə ilə izləyir.
2)Şagirdə çox qısa 20 saniyə vaxt verilir,növbəsi çatan şagird xatırlaya bilmirsə, simvolik olaraq “davam et” deyə bilər.
Sürətli dövrə hər bir tələbəyə danışmaq imkanı verir və bütün sinifdə maraq yaradır.
Bu, utancaq tələbələrə danışmaq imkanı verir. Özünəqapanıq olan şagirdlər belə sürətli düşünüb danışmağa çalışır. Məntiqi təfəkkür inkişaf edir.
Mövzu: “Nadir şah Əfşar imperiyası”
Şagirdlər sıra ilə sürətlə Nadir şahın həyata keçirdiyi islahatlara aid tarixi hadisələri qeyd edirlər . Deyə bilməyən “davam et deyir” növbəti şagirdə keçilir.
Nümunə:
1-ci şagird Nadir Şah sədr əzəm vəzifəsini ləğv etdi 2-ci şagird vəzir vəzifəsini ləğv etdi. 3-cü xatırlamadı “davam et” deyir. 4-cü Məşhəd şəhərini paytax etdi. Bu şəkildə davam edir.

3. Hər kəs müəllimdir
Bu üsulun tətbiqi zamanı şagirdlər öyrəndiklərini nəzərdən keçirir, onlar haqqında suallar verir,
qiymətləndirmək və öyrətmək üçün imkanlar yaradır.
Mövzu: 6-cı sinif tarix dərsi, “Tarix elminə giriş və mənbələr”
Bu fəaliyyət üçün aşağıdakı yol izlənir:
1) Şagirdlərə kiçik kartlar və ya kağızlar paylanır.
2) Mövzu haqqında suallar verilir və ya onların müzakirə olunmasını xahiş edilir.
3) Kartlar toplanır və qarışdırılır , yenidən şagirdlərə paylanır.
4) Hər kəs aldığı kartda sual və ya müzakirə mövzusunu araşdırır və məsələnin həllinə dair fərziyyələr yazır
5) Suallar və cavablar sinfə təqdim olunur və təqdimatlar müzakirə olunur.
Məsələn: Birinci kartda :Yazılı mənbə nədir? İkinci kartda :Maddi mənbə nədir? Üçüncü kartda Dastan,əfsanə hansı mənbəyə aiddir? Bu kimi suallar kağızlara yazılarak bu üsul tətbiq edilir.

4. Kim olduğunuzu tapın
Bu üsulda şagirdlər öyrəndiklərini nəzərdən keçirir,üsul onlara düşünməyə və qiymətləndirməyə imkan verir. Üsulun tətbiqi:
1) Şagird sayı qədər kağıza məsələylə bağlı bəzi yeniliklər, doğrular, yalnışlar, misallar, sübutlar, dəstkləyici düşüncələr, inkar edən düşüncələr, bənzətmələr v.s yazılır.
2) Kağızlar şagirdlərin üstünə taxılaraq onlara paylanılır.
3) Şagirdlər bir-bir ayağa qalxır digər şagirdlər ayağa duran şagirdin üzərindəki kağızda qeyd olunan yalnışı ,doğruyu,səbəbi ,sübutu və şəxsi tapmağa çalışırlar.
4) Daha sonra bütün cavablar dinlənir müzakirə edilir. Bu şəkildə tələbələr
doğru və yalnışa münasibət bildirir müzakirə mühiti yaradırlar.
5) Xəzinəni tapın
Mövzunun təqdimatı, mövzu ilə bağlı problemin nəzərdən keçirilməsi və həlli
kimi müxtəlif mərhələlərdə istifadə oluna bilər
Bu fəaliyyət üçün aşağıdakı yol izlənir:
Şagirdlər kiçik qruplara bölünür
Mövzu: “Qaraqoyunlu və Ağqoyunlu dövlətinin ali idarəetmə sistemi”.
1) Dövlətin ali idarəsində kimlər yer alır? Sual şagirdlərə yönəldilir
Mövzu ilə bağlı hazırlanmış fotoşəkillər əvvəlcədən sinif otağının müxtəlif yerlərində yerləşdirilir.
2) Hansı hissənin harada olduğunu göstərən təlimatlar və ya eskizlər
hazırlanır..
3) Hər qrupa təlimat və ya eskiz verilir.
4) Qruplar əllərindəki eskizlərə əməl edərək parçaları tapmağa çalışırlar.
5) Tapılan hər bir parça qrup şəklində araşdırılır və onun nə olduğu başa düşülməyə çalışılır.
Anlaşılmayan məqamlar müəllimdən soruşulur.
Üsulun nəticəsində şagirdləri aktiv fəaliyyətə sövq edilir,daha nəticəyönümlü düşünürlər və onlar arasında əməkdaşlıq formalaşır.
Öyrəndiklərinizlə kifayətlənməyin ,öyrəndiklərinizi oldduğu kimi qəbul etmək sizə heç nə qazandırmayacaq,onlara fərqli yanaşın,onlardan yeni biliklər yaradın.
Müəllim olmaq sevgi işidir,sevginizi bol edin ,əziz həmkarlarım.

Afət Nəbiyeva
80 nömrəli tam orta məktəbin tarix müəllimi
Azərbaycan Maarifçilər Assosiasiyasının “Təhsil Səfiri”

Paylaş
6

Oxşar xəbərlər

18/09/2023

Milli Musiqi Günü


Ətraflı oxu
11/12/2022

“Ailələrdə uşaqlar arasında intihar halları” Psixoloq Fəridə Mahmudova


Ətraflı oxu
11/11/2022

“Ailədaxili aqressiya və onun nəticələri” Psixoloq Fəridə Mahmudova


Ətraflı oxu

Azərbaycan Maarifçilər Assosiasiyası

Əlaqə

Bakı, Tbilisi prospekti 22
(+99455) 344 60 80
(+99451) 444 60 80
info@maarifciler.az

YouTube


Azərbaycan Maarifçilər Assosisasiyasının təşəbbüsü və İstanbul Doğuş Universiteti, İstanbul Topkapı Universiteti və Şəhid Fikrət Mətin Öztürk adına orta məktəbin birgə təşkilatçılığı ilə 21-25 mart 2022-ci il tarixlərində İstanbulda “Eğitimde Yeni Trendler- İstanbul Eğitim Forumu 2022” keçirilmişdir. 

Forumun məqsədi iki ölkə arasındakı maarifçilərin bir-biri ilə daha yaxından tanış olub tədris prosesi və təhsildəki yenilikləri müzakirə etmələri, fikir və təcrübə mübadiləsi aparmaqları üçün imkan yaratmaq idi. Azərbaycan Maarifçilər Assosiasiyası bu foruma 48 nəfərlik Azərbaycan maarifçisi ilə qatılmışdı. Foruma qatılan iştirakçılar Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Salyan, Tovuz, Füzuli, Beyləqan, Salyan, İmişli, Xocavənd məktəblərinin direktorları, dərs hissə müdirləri və müəllimləri idi. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Maarifçilər Assosiasiyası 2020-ci ildə bir qrup təhsil işçisinin təşəbbüsü ilə yaranıb. Hazırda AMA-ya ölkənin bütün şəhər və rayonlarından ümumilikdə 5000 nəfərdən çox maarifçi qoşulub. Sevgi ilə maarifləndiririk deyərək çıxdığımız yolda nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik. Məqsədimiz təşkilatımıza üzv olan maarifçilər üçün yerli və beynəlxalq sferada təlimlər, seminarlar, vebinarlar, təcrübə mübadilələri etməklə yanaşı Azərbaycanda müəllim adına, maarifçi adına olan hörmət və diqqəti ən yüksək həddə qaldırmaqdır.


10


2

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS41NkI0NEY2RDEwNTU3Q0M2




Azərbaycan Maarifçilər Assosisasiyasının təşəbbüsü və İstanbul Doğuş Universiteti, İstanbul Topkapı Universiteti və Şəhid Fikrət Mətin Öztürk adına orta məktəbin birgə təşkilatçılığı ilə 21-25 mart 2022-ci il tarixlərində İstanbulda “Eğitimde Yeni Trendler- İstanbul Eğitim Forumu 2022” keçirilmişdir. 

Forumun məqsədi iki ölkə arasındakı maarifçilərin bir-biri ilə daha yaxından tanış olub tədris prosesi və təhsildəki yenilikləri müzakirə etmələri, fikir və təcrübə mübadiləsi aparmaqları üçün imkan yaratmaq idi. Azərbaycan Maarifçilər Assosiasiyası bu foruma 48 nəfərlik Azərbaycan maarifçisi ilə qatılmışdı. Foruma qatılan iştirakçılar Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Salyan, Tovuz, Füzuli, Beyləqan, Salyan, İmişli, Xocavənd məktəblərinin direktorları, dərs hissə müdirləri və müəllimləri idi. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Maarifçilər Assosiasiyası 2020-ci ildə bir qrup təhsil işçisinin təşəbbüsü ilə yaranıb. Hazırda AMA-ya ölkənin bütün şəhər və rayonlarından ümumilikdə 5000 nəfərdən çox maarifçi qoşulub. Sevgi ilə maarifləndiririk deyərək çıxdığımız yolda nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik. Məqsədimiz təşkilatımıza üzv olan maarifçilər üçün yerli və beynəlxalq sferada təlimlər, seminarlar, vebinarlar, təcrübə mübadilələri etməklə yanaşı Azərbaycanda müəllim adına, maarifçi adına olan hörmət və diqqəti ən yüksək həddə qaldırmaqdır.


65


4

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS4yODlGNEE0NkRGMEEzMEQy




This video is private.


9


0

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS4wMTcyMDhGQUE4NTIzM0Y5




Müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi müsabiqələri üzrə qaydalarda tətbiq edilən yeniliklərə dair infoqrafika

Müəllimlərin işə qəbulu və iş yerinin dəyişməsində 2022-ci il üçün tətbiq ediləcək yeniliklər haqqında infoqrafik məlumatla tanış ola bilərsiniz.

Ətraflı məlumat üçün : https://maarifciler.blogspot.com/


35


0

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS41MjE1MkI0OTQ2QzJGNzNG




Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində Gender Hub Azerbaijan tərəfindən gənc atalar və ata olmağa hazırlaşan şəxslər üçün həyata keçirilən “Atalar Məktəbi - Məsuliyyətli Atalığın Transformasiyası” layihəsinin yekunu olaraq Azərbaycan Maarifçilər Assosiasiyasının həmtəsisçisi Tofiq Sadıxov və Gender Hub Azerbaijan həmtəsisçisi Məryəm Məcidova ASAN Radionun qonağı olublar.


9


1

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS4wOTA3OTZBNzVEMTUzOTMy




Minilliyin İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişə nail olunmasına baxmayaraq dünyanın hər yerində qız və qadınlar hələ də ayrı-seçkilik və zorakılıqdan əziyyət çəkirlər. Gender bərabərliyi yalnız təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökmranlıq etdiyi, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir. 

Qız və qadınların təhsilə, səhiyyə xidmətlərinə, layiqli işə bərabər çıxışının, eləcə də siyasi və iqtisadi qərarların qəbulu proseslərində iştirakının təmin olunması iqtisadiyyatın dayanıqlılığına töhfə verə və ümumilikdə cəmiyyətə və bəşəriyyətə faydalı ola bilər.


16


0

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS4xMkVGQjNCMUM1N0RFNEUx




#miq #Azərbaycan #dili #Ədəbiyyat #Təhsil #İnstitutu #sınaq

22 iyul 2021-ci ildə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən Azərbaycan dili və Ədəbiyyat üzrə sınaq imtahanının izahlı həllərini İsmayıl Hüseynov təqdim edir.


141


13

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS41MzJCQjBCNDIyRkJDN0VD




Videoda səslənən marş Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yazılmış ilk himnidir. Xalq Cümhuriyyətinin ilk bayrağı isə qırmızı kətan üzərində aypara və mərkəzdə səkkiz guşəli ulduz idi. Osmanlı bayrağına oxşasa da ulduzunun 5 yox, 8 tərəfli olması ilə ondan fərqlənirdi.

Azərbaycan Maarifçilər Assosiasiyası haqqında daha ətraflı məlumatları fb.com/maarifciler.az səhifəmizsən əldə edə bilərsiniz.

Biz nə ediriksə sevgi ilə, təhsil və toplum üçün və dürüstcəsinə edirik. İşimiz maarfiləndirməkdir.


76


3

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS5DQUNERDQ2NkIzRUQxNTY1




İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər.


512


142

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS45NDk1REZENzhEMzU5MDQz



Azərbaycan Maarifçilər Assosiasiyası © 2020-2022 | Bütün hüquqlar qanunla qorunur
  • Site by Unicode
Üzv Ol
  • WhatsApp
  • Telegram
  • Facebook
  • Instagram
  • YouTube