• İşimiz maarifləndirməkdir!
Ağdaş Təhsil Səfirimiz Rüfət MəmmədovAğdaş Təhsil Səfirimiz Rüfət MəmmədovAğdaş Təhsil Səfirimiz Rüfət MəmmədovAğdaş Təhsil Səfirimiz Rüfət Məmmədov
  • Haqqımızda
    • Haqqımızda
    • Struktur
    • Əməkdaşlar
  • Layihələrimiz
    • Məhsəti Gəncəvi adına təqaüd proqramı
    • Təhsil Könüllüləri
    • Təhsildə İKT forumu
    • Yumruca Kukla
    • Mən bir müəlliməm
    • Mən bir istedadam
  • Maarifçi Dostları
  • Bizim Təhsil Səfirlərimiz
  • Əlaqə
Üzv Ol

Ağdaş Təhsil Səfirimiz Rüfət Məmmədov

  • Əsas səhifə
  • Bizim Təhsil Səfirlərimiz
  • Ağdaş Təhsil Səfirimiz Rüfət Məmmədov
Cəbrayıl Təhsil Səfirimiz Mətanət Bayramova
01/11/2023
Təhsil Menecerləri Forumu / 19 noyabr 2023
04/11/2023
03/11/2023

Özünüzü 1 cümlə ilə təqdim edin. Siz kimsiniz?

-Rüfət Yaşar oğlu Məmmədov, işini həyatından üstün tutan, təhsil uğrunda heç bir mənfəət güdmədən cəmiyyət üçün faydalı olmağa və əsl pedaqoq adına layiq olmağa çalışan bir müəllim.

Sizi uğurlu edən keyfiyyətiniz hansıdır? Bu keyfiyyətinizlə hansı uğura imza atmısız?

-Dürüstük, nəzakətlilik və səbrli olmaq insanlarda az rast gəlinən mənəvi keyfiyyətlər olduğu üçün bu xüsusiyyətlərimə görə hər zaman irəlidə olmuşam. Və altrusitəm. Yəni özünü ikinci plana salıb, başqalarına kömək etməkdən həzz alan, başqalarının rahatlığı üçün özündən keçmək kimi bir məna daşıyır. Eqoistin tam əksidir.

Sizin ilk dərs günü ilə indi keçdiyiniz dərs arasındakı əsas fərq nədir? Bu illər ərzində hansı bacarıqlarınız inkişaf edib?

-Müəllim sinifdə fəal tədris mühiti yaradan, bu prosesi idarə edən yaradıcı şəxs, eyni zamanda şagirdləri real həyata hazırlayan, onlara zəruri bilik və bacarıqlar aşılayan, sosiallaşmasına yardım göstərən liderdir. Buna görə də birinci növbədə, şagirdlərin psixologiyasını, maraq və meyillərini öyrənməli, güclü, zəif tərəflərini müəyyən etməli və buna uyğun təlim forması və iş üsulları seçməlidir. İlk dərs günüm 4 il əvvəl olub. Şagirdlərin psixologiyasını öyrənməkdə çətinlik çəkirdim. Psixologiyanı öyrənmək dərsin 50 faiz nəticəsidir deyə düşünürəm. Zamanla təlimlərdə, seminarlarda iştirak edərək bu istiqamətdə inkişaf etdim. Hazırda şagirdi danışdırmadan belə onun haqqında fikir irəli sürüb, nəticəyə əsasən fəaliyyət göstərə bilirəm.

Sizə görə müasir müəllimin bilməli olduğu 3 əsas bacarıq hansıdır?

-Müasir dövrdə müəllimin bilməli olduğu əsas bacarıqlar empatiya, ünsiyyətçilik, yaradıcılıqdır. Empatiya – özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir. Ünsiyyətcillik insanın başqaları ilə əlaqə və ünsiyyətə meylini əks etdirir. Yaradıcılıq isə, hər kəsin gördüyünü görüb, onunla bağlı fərqli yeni ideyalar fikirləşməkdir.

Sizin pedaqoji fəaliyyətinizdə tətbiq etdiyiniz fərqli metodlar hansıdır?

-Dərs prosesini daha çox şagirdlərə uyğun şəkildə qururam. Bu şagirdləri dərsə cəlb etməkdə, dərsi sevdirməkdə əvəzolunmaz vasitədir. Tədris prosesində daha çox sərbəst olmaq mənim üçün önəmlidir. Diskussiya, debat, beyin həmləsi kimi üsullar şagirdi daha çox mövzunu mənimsəməsinə kömək edir.

“Təhsil Səfiri” olaraq bugünkü təhsilimizdə nələri dəyişmək istərdiniz?

– “Təhsil Səfiri” adını daşımaq özü böyük bir məsuliyyətdir. Bu adı daşıyıramsa demək mən də onun haqqını verməliyəm deyə düşünürəm. Təhsildə problemləri saymaqla bitməz. Ən çox və vacib olan problemlərdən bir neçəsini qeyd edim. 1. Ali təhsil müəssisələrini bitirənlərə təyinat sisteminin tətbiq olunmaması təhsil sisteminin ən böyük problemlərindən biri hesab oluna bilər. 2. Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və daha gənc kadrların tədris prosesinə cəlb olunması; 3. İlk problemlə oxşar olsa da, daha da xırdalasaq, magistratura səviyyəsini bitirənlərə təyinatla iş imkanı yaratmaq. Bu problemlərin həlli vacibdir.

“Təhsil Səfiri” olaraq ölkə təhsilinə hansı töhvələri verməyi düşünürsüz?

>
-Təhsil sahəsində istər təhsilalan, istər təhsilverən, istər təhsil prosesinin bütün iştirakçıları hər biri üzərinə düşən vəzifəni məsuliyyətlə, yerinə yetirməyə çalışsa, təhsil sistemi ölkədə ən yüksək səviyyədə olar. Hər bir problemi dövlətin üzərinə atmaq olmaz.

Nəyi yaxşı bacarırsınız?

-Əlbətdə ən yaxşı bacarığım idarəçilikdir.

Ömrünüzün sonuna qədər həyata keçirmək istədiyiniz 3 əsas hədəfiniz nədir?

-Məktəb direktoru olmaq və ölkə səviyyəsində müəssisənin adını ən yüksək sıralara gətirib çıxarmaq. Təbiiki bu ömrümün sonuna deyil, yaxın 5 il üçün plandır. Sonra daha yüksək hədəflər olacaq.

Sizin həyat deviziniz.

-Qurani-Kərimdə İsra surəsi 13-cu ayə mənə motivasiya verən ayədir. Bu ayəni çox sevirəm və hər eşidəndə ilham alıram.
“Və biz hər insanın taleyini öz zəhmətindən asılı etdik” Sözün qısası- “Toxum səp, bitməsə torpaq utansın, sən çalış olmasa aləm sıxılsın”.

Paylaş
7

Oxşar xəbərlər

30/11/2023

Kürdəmir Təhsil Səfirimiz Nərmin Abışova


Ətraflı oxu
27/11/2023

Abşeron Təhsil Səfiri Vəfa Məhərrəmova


Ətraflı oxu
23/11/2023

Şirvan Təhsil Səfiri Fidan Baloğlanova


Ətraflı oxu

Azərbaycan Maarifçilər Assosiasiyası

Əlaqə

Bakı, Tbilisi prospekti 22
(+99455) 344 60 80
(+99451) 444 60 80
info@maarifciler.az

YouTube


Azərbaycan Maarifçilər Assosisasiyasının təşəbbüsü və İstanbul Doğuş Universiteti, İstanbul Topkapı Universiteti və Şəhid Fikrət Mətin Öztürk adına orta məktəbin birgə təşkilatçılığı ilə 21-25 mart 2022-ci il tarixlərində İstanbulda “Eğitimde Yeni Trendler- İstanbul Eğitim Forumu 2022” keçirilmişdir. 

Forumun məqsədi iki ölkə arasındakı maarifçilərin bir-biri ilə daha yaxından tanış olub tədris prosesi və təhsildəki yenilikləri müzakirə etmələri, fikir və təcrübə mübadiləsi aparmaqları üçün imkan yaratmaq idi. Azərbaycan Maarifçilər Assosiasiyası bu foruma 48 nəfərlik Azərbaycan maarifçisi ilə qatılmışdı. Foruma qatılan iştirakçılar Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Salyan, Tovuz, Füzuli, Beyləqan, Salyan, İmişli, Xocavənd məktəblərinin direktorları, dərs hissə müdirləri və müəllimləri idi. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Maarifçilər Assosiasiyası 2020-ci ildə bir qrup təhsil işçisinin təşəbbüsü ilə yaranıb. Hazırda AMA-ya ölkənin bütün şəhər və rayonlarından ümumilikdə 5000 nəfərdən çox maarifçi qoşulub. Sevgi ilə maarifləndiririk deyərək çıxdığımız yolda nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik. Məqsədimiz təşkilatımıza üzv olan maarifçilər üçün yerli və beynəlxalq sferada təlimlər, seminarlar, vebinarlar, təcrübə mübadilələri etməklə yanaşı Azərbaycanda müəllim adına, maarifçi adına olan hörmət və diqqəti ən yüksək həddə qaldırmaqdır.


10


2

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS41NkI0NEY2RDEwNTU3Q0M2




Azərbaycan Maarifçilər Assosisasiyasının təşəbbüsü və İstanbul Doğuş Universiteti, İstanbul Topkapı Universiteti və Şəhid Fikrət Mətin Öztürk adına orta məktəbin birgə təşkilatçılığı ilə 21-25 mart 2022-ci il tarixlərində İstanbulda “Eğitimde Yeni Trendler- İstanbul Eğitim Forumu 2022” keçirilmişdir. 

Forumun məqsədi iki ölkə arasındakı maarifçilərin bir-biri ilə daha yaxından tanış olub tədris prosesi və təhsildəki yenilikləri müzakirə etmələri, fikir və təcrübə mübadiləsi aparmaqları üçün imkan yaratmaq idi. Azərbaycan Maarifçilər Assosiasiyası bu foruma 48 nəfərlik Azərbaycan maarifçisi ilə qatılmışdı. Foruma qatılan iştirakçılar Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Salyan, Tovuz, Füzuli, Beyləqan, Salyan, İmişli, Xocavənd məktəblərinin direktorları, dərs hissə müdirləri və müəllimləri idi. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Maarifçilər Assosiasiyası 2020-ci ildə bir qrup təhsil işçisinin təşəbbüsü ilə yaranıb. Hazırda AMA-ya ölkənin bütün şəhər və rayonlarından ümumilikdə 5000 nəfərdən çox maarifçi qoşulub. Sevgi ilə maarifləndiririk deyərək çıxdığımız yolda nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik. Məqsədimiz təşkilatımıza üzv olan maarifçilər üçün yerli və beynəlxalq sferada təlimlər, seminarlar, vebinarlar, təcrübə mübadilələri etməklə yanaşı Azərbaycanda müəllim adına, maarifçi adına olan hörmət və diqqəti ən yüksək həddə qaldırmaqdır.


65


4

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS4yODlGNEE0NkRGMEEzMEQy




This video is private.


9


0

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS4wMTcyMDhGQUE4NTIzM0Y5




Müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi müsabiqələri üzrə qaydalarda tətbiq edilən yeniliklərə dair infoqrafika

Müəllimlərin işə qəbulu və iş yerinin dəyişməsində 2022-ci il üçün tətbiq ediləcək yeniliklər haqqında infoqrafik məlumatla tanış ola bilərsiniz.

Ətraflı məlumat üçün : https://maarifciler.blogspot.com/


35


0

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS41MjE1MkI0OTQ2QzJGNzNG




Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində Gender Hub Azerbaijan tərəfindən gənc atalar və ata olmağa hazırlaşan şəxslər üçün həyata keçirilən “Atalar Məktəbi - Məsuliyyətli Atalığın Transformasiyası” layihəsinin yekunu olaraq Azərbaycan Maarifçilər Assosiasiyasının həmtəsisçisi Tofiq Sadıxov və Gender Hub Azerbaijan həmtəsisçisi Məryəm Məcidova ASAN Radionun qonağı olublar.


9


1

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS4wOTA3OTZBNzVEMTUzOTMy




Minilliyin İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişə nail olunmasına baxmayaraq dünyanın hər yerində qız və qadınlar hələ də ayrı-seçkilik və zorakılıqdan əziyyət çəkirlər. Gender bərabərliyi yalnız təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökmranlıq etdiyi, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir. 

Qız və qadınların təhsilə, səhiyyə xidmətlərinə, layiqli işə bərabər çıxışının, eləcə də siyasi və iqtisadi qərarların qəbulu proseslərində iştirakının təmin olunması iqtisadiyyatın dayanıqlılığına töhfə verə və ümumilikdə cəmiyyətə və bəşəriyyətə faydalı ola bilər.


16


0

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS4xMkVGQjNCMUM1N0RFNEUx




#miq #Azərbaycan #dili #Ədəbiyyat #Təhsil #İnstitutu #sınaq

22 iyul 2021-ci ildə Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən Azərbaycan dili və Ədəbiyyat üzrə sınaq imtahanının izahlı həllərini İsmayıl Hüseynov təqdim edir.


141


13

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS41MzJCQjBCNDIyRkJDN0VD




Videoda səslənən marş Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yazılmış ilk himnidir. Xalq Cümhuriyyətinin ilk bayrağı isə qırmızı kətan üzərində aypara və mərkəzdə səkkiz guşəli ulduz idi. Osmanlı bayrağına oxşasa da ulduzunun 5 yox, 8 tərəfli olması ilə ondan fərqlənirdi.

Azərbaycan Maarifçilər Assosiasiyası haqqında daha ətraflı məlumatları fb.com/maarifciler.az səhifəmizsən əldə edə bilərsiniz.

Biz nə ediriksə sevgi ilə, təhsil və toplum üçün və dürüstcəsinə edirik. İşimiz maarfiləndirməkdir.


75


3

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS5DQUNERDQ2NkIzRUQxNTY1




İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər.


511


141

YouTube Video UExVWHpWWm9RUGtpbG1KdVBSM3Z5bDZXNEtTYkZtS0FfOS45NDk1REZENzhEMzU5MDQz



Azərbaycan Maarifçilər Assosiasiyası © 2020-2022 | Bütün hüquqlar qanunla qorunur
  • Site by Unicode
Üzv Ol
  • WhatsApp
  • Telegram
  • Facebook
  • Instagram
  • YouTube