Özünüzü bir cümlə ilə təqdim edin. Siz kimsiniz?
-Məhərrəmova Vəfa Şahmir qızı. Abşeron rayon Xırdalan şəhər 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə tədris müavini, Azərbaycan Maarifçilər Assosiasiyasında “Təhsil səfiri”. Şagirdlərini sevən ,onlara qayğı ilə yanaşan, onlarda səriştə və bacarıqları formalaşdıran müəllim.
Sizi uğurlu edən keyfiyyətiniz hansıdır? Bu keyfiyyətinizlə hansı uğura imza atmısınız?
-Uğur əldə etmək hər bir insanın arzusudur. Amma bu uğuru qazanmaq üçün qarşıda duran bir sıra çətinlikləri səbr və təmkinlə dəf etmək lazımdır.
Məni uğurlu edən cəhətlər: inadkarlıq, dəqiqlik, etibarlılıq, məsuliyyətlilik, çeviklik və açıq düşüncəli olmağımdır.
Bu keyfiyyətlərlə təlim- tərbiyə üzrə tədris müavini vəzifəsinə təyin olumuş, fəxri fərman və diplomlara təltif olunmuşam.
Sizin ilk dərs günü ilə indi keçdiyiniz dərs arasındakı əsas fərq nədir? Bu illər ərzində hansı bacarıqlarınız inkişaf edib ?
-İlk pedaqoji fəaliyyətimə Rusiyanın Amur Vilayətində – “Araz”cəmiyyətinin rəhbərliyi ilə fəaliyyət göstərən məktəbdə Azərbaycan dilinin tədrisinə başladım. Yad ölkədə dogma dilin tədrisi qürurverici bir hissdir . Oradan ayrılmaq məcburiyyətində olduğum üçün pedaqoji fəaliyyətimi dogma vətənimdə davam etdirdim.
Müqayisə olunanda təbii ki, fərqi aydın görmək olur. Zamanla öz üzərimdə çalışaraq təcrübəli ,yeniliklərə açıq müəllim kimi formalaşdim.
Sizə görə müasir müəllimin bilməli olduğu 3 əsas məqam?
-Bu günün müəllimi məntiqi, tənqidi və yaradıcı təfəkkürə malik olmalı , özündə müəyyən bilik və fəaliyyəti ehtiva etməlidir. Eyni zamanda şagirdlərə dəstək olmalı və stimul verməlidir.
Sizin pedaqoji fəaliyyətinizdə tətbiq etdiyiniz metodlar hansılardır?
-İnteraktiv təlimə əsaslanaraq rollu oyunlardan ,sxem və cədvəllərdənistifadə edirəm. Şagirdlərin maraq dairəsinə uyğun elektron lövhə üzərində dərslərimi tədris edirəm.
“Təhsil Səfiri” olaraq bugünkü təhsildə nələri dəyişmək istərdiz?
-Dəyişmək deməzdim, amma “Təhsil Səfiri” olaraq müəllimlərdə peşəkarlıq səviyyəsini artırmaq və valideynlərin məktəb kollektivi ilə birgə əməkdaşlığını təmin edərdim.
“Təhsil Səfiri” kimi ölkə təhsilinə hansı töhvələri verməyi düşünürsünüz?
-“Təhsil Səfiri” olaraq daha çox araşdırma aparmaq və elə bir yenilik gətirmək istərdim ki, onu bugünədək heç kəs edə bilməyib. Yeniliklərdən biri siniflərin ev tərzində dekorasiya olunması, şagirdlərin özlərini evlərindəki kimi hiss etməsi və dərsi istədikləri formada dinləyə bilməsidir .Bu ortamda müəllim dərs izah edən deyil, birlikdə fəaliyyət göstərən komanda olur.
Nəyi yaxşı bacarırsınız ?
-Mən təşkilatçılıq, idarəetmə, səbrli , təmkinli, ünsiyyətcil, səmimi , mehriban sevgi dolu bir ortam qurmaq qabiliyyətinə malikəm
Ömrünüzün sonuna qədər həyata keçirmək istədiyiniz 3 əsas hədəfiniz nədir ?
-Yaşadığım ərazidə maddi- texniki baza və infrastrukturlu təmin olunmuş məktəb, tədrisin keyfiyyətini yüksəltmək, yeni statuslara imza atmaq.
Həyat deviziniz:
-Deviz məqsədlərə nail olduqca dəyişir. Mənim dəyişməyən devizim haqsızlıqla mübarizədir. Kimliyindən aslı olmayaraq haqsızlığa qarşı mübarizə aparıram. Məqsədim isə şagirdlərimə bu həyatda əzilməməyi öyrətməkdir. Həyat devizim – haqq yolundan dönməmək, savad, elm və xeyirxahlıqdır.