Özünüzü 1 cümlə ilə təqdim edin. Siz kimsiniz?
– Məmmədli Kənan Mil-Muğan Regional Təhsil İdarəsinin Maliyyə İqtisadiyyat sektorunun aparıcı məsləhətçisi.
Sizi uğurlu edən keyfiyyətiniz hansıdır? Bu keyfiyyətinizlə hansı uğura imza atmısız?
– Düşünürəm ki ,hər işdə uğur qazanmaq üçün dürüstlük,qaydalar və özünə inam mütləqdir. Hər bir insan qaydaları çərçivəsində atdığı addımların və ya hərəkətlərin düzgünlüyünə və özünə inamı varsa mütləq uğura yaxındır. 2017-ci ildən bugünədək 40-a yaxın layihə icra etmişəm,müxtəlif yerli və beynəlxalq maliyyə institutlarında çalışmışam və hal-hazırda cəmiyyətdəki tutduğum mövqeyim bu keyfiyyətlərimin üzərində həvəslə çalışmağa təhrik edir.
Sizin ilk dərs günü ilə indi keçdiyiniz dərs arasındakı əsas fərq nədir? Bu illər ərzində hansı bacarıqlarınız inkişaf edib?
– Mən maliyyə sektorunda çalışdığım üçün tədris prosesindən biraz kənardayam.Amma təlimçi kimi ilk təlimim ilə indiki arasında fərq çoxdur.Bunun üçün Tofiq Sadıxova təşəkkürümü bildirirəm. Auditoriyanın ələ alınması üçün ondan çox metodları öyrənmişəm.
Sizə görə müasir müəllimin bilməli olduğu 3 əsas bacarıq hansıdır?
– Düşünürəm ki, hər bir müəllimin dərsləri şagirdlərə asan və effektiv tədris etmək üçün informasiya texnologiyalarından istifadə qaydalarını,yerli və xarici metodlarla tanış olmaq üçün dil bilgisi və özünü inkişaf bacarığı mütləqdir.
“Təhsil Səfiri” olaraq bugünkü təhsilimizdə nələri dəyişmək istərdiniz?
– Bü gün müəllimlər üçün ən həssas məsələlərdən biri də dərslərin bölgüsünü müəyyən edən qəti və aydın(konkret) qaydaların olmamasıdır.Bu qaydalara yenidən nəzər yetirilməsi istərdim.
“Təhsil Səfiri” olaraq ölkə təhsilinə hansı töhfələri verməyi düşünürsüz?
– Düşünürəm ki, təhsilalanların və təhsilverənlərin maliyyə savadlılığını artıra və bu istiqamətdə onlara dəstək ola bilərəm.
Nəyi yaxşı bacarırsınız?
– Düşünürəm ki, maliyyə işlərində,layihələrin idarə edilməsi, HR və bu kimi işlərdə daha faydalı ola bilərəm.
Ömrünüzün sonuna qədər həyata keçirmək istədiyiniz 3 əsas hədəfiniz nədir?
– İmam Hüseyn (Ə.S.) bir sözü var :”Mən ümmətimi 2 halda görmək istəyirəm öyrədən və öyrənən”. Odur ki əsas hədəfim- öyrənmək, öyrəndikələrimi tətbiq etmək və öyrətmək
Sizin həyat deviziniz:
– Devizim yoxdur. Mənim üçün yalnız qaydalar var və bu qaydalar çərçivəsində yaşayıram.