Özünüzü bir cümlə ilə təqdim edin.Siz kimsiniz?
– Mən şagirdlərini böyük sevgi ilə sevən, öz üzərində çalışan, daim yenilikləri öyrənməyə və öyrətməyə can atan, yerli və beynəlxalq təlim seminarlarına qatılaraq bir çox sertifikatlar əldə edən Azərbaycan müəllimiyəm.
Sizi uğurlu edən keyfiyyətiniz hansıdır?Bu keyfiyyətinizlə hansı uğura imza atmısız?
– Məni uğurlu edən qətiyyətli olmağım və çox çalışmağımdır.Bundan əlavə emosional intellektə sahib olmağım mənim ətrafımdakı isanlar tərəfindən çox sevilməyimə və böyük bir kollektivi uğurla idarə etməyimə səbəb olur.
Sizin ilk dərs günü ilə indi keçdiyiniz dərs arasındakı əsas fərq nədir?Bu illər ərzində hansı bacarıqlarınız inkişaf edib?
– Bütün sahələrdə olduğu kimi bir müəllim də daim öz üzərində çalışıb,özünü təkmilləşdirməlidir. Müəllim cəmiyyətə faydalı vətəndaş yetişdirir deyə bu sahədə daha diqqətli olmalıdır. Özünü inkişaf etdirməyən müəllim əsl pedaqoq ola bilməz.Təbii ki, 23 il əvvəlki Jalə muəllim ilə bugünkü Jalə müəllim arasında fərqlər var. İndi sinfi daha tez ələ alır və şagird psixologiyasının daha dərinliklərinə enə bilirəm.
Sizə görə müasir müəllimin bilməli olduğu 3 əsas bacarıq hansıdır?
– Müasir müəllim yeni dərs forma və üsullarını,yeni texnologiyaları bilməli və hər bir şagirdə fərdi yanaşma bacarığına sahib olmalıdır.
Sizin pedoqoji fəaliyyətinizdə tədbiq etdiyiniz fərqlı metodlar hansılardır?
– Çalışıram ki, şagirdlərimə yeni mövzuları aydın şəkildə mənimsədim. Tədris etdiyim fənn xüsusən canlılar haqqında elmdən bəhs etdiyinə görə sinifdə yarışlar,viktorinalar keçirdikcə yeni mövzularin izahı daha maraqlı və yadda qalan olur.Mən buna həmişə nail oluram və çox şadam.
“Təhil Səfiri” olaraq bugünkü təhsilimizdə nələri dəyişmək istərdiniz?
– Bugünkü təhsilimiz günü-gündən inkişaf etməkdədir. Müəllim loyal olmalıdır prinsipindən yanaşsaq təhsilimizdə nələrisə dəyişmək yox, şagirdləri dərsə daha çox cəlb edən,onlarda daha çox idrak fəallığı oyadan, bacarıq və vərdişləri inkişaf etdirən yeniliklər olmasını istərdim.
“Təhil Səfiri” olaraq ölkə təhsilinə hansı töhvələri verməyi düşünürsünüz?
– Müəllim olduğum ilk gündən sağlam cəmiyyət yetişdirməyə çalışıram. Əgər bir cəmiyyətdə vətəndaşın düşüncə tərzi sağlamdırsa, iş bacarığı yüksək və keyfiyyətlidirsə o cəmiyyət daha da inkişaf edəcəkdir. “Təhil Səfiri” olaraq mən də çalışacam ki,bu keyfiyyətə malik maarifçılər yetişdirəm.
Nəyi yaxşı bacarırsınız?
– Həmişə lider ruhlu olduğum üçün istənilən situasiyada idarəçiliyi əlimə almışam.Məhz buna görə də düşünürəm ki, ən yaxşı bacarığım idarəetmə və sağlam mühiti yarada bilmə bacarığımdı.
Ömrünüzün sonuna qədər həyata keçirmək istədiyiniz 3 əsas hədəfiniz nədir?
1.Öz sferamda tanınmış ictimai rəhbər olmaq;
2.Müxtəlif təhsil layihələri ilə dünya ölkələrində öz ölkəmizi tanıtmaq;
3.Həmişə yaxşı və vicdanlı pedaqoq kimi xatırlanmaq.Sizin həyat deviziniz:
-Özünə inam, etibar hissinin tamlığı və evərək yaşamaq!