Özünüzü 1 cümlə ilə təqdim edin. Siz kimsiniz?
-Mən Səfərli Lalə Əli qızı. 8ildir Kimya müəllimi olaraq fəaliyyətimi davam etdirirəm. Hər bir addımımda cəmiyyətə və şagirdlərimə faydalı olmağa çalışıram.
Sizi uğurlu edən keyfiyyətiniz hansıdır? Bu keyfiyyətinizlə hansı uğura imza atmısız?
-Şagirdlərimin daha bilikli olmalarından ötrü əlimdən gələni əsirgəməmək. Kollektivimin,həmçinin şagirdlərimin mənə inamı, səbirli olmaq, yaranan hər bir çətinliyə qarşı əzmlə çalışmaq, başladığım heç bir işi yarıda buraxmamaq, hər bir çətinliyi güclü iradəm vasitəsi ilə öhdəsindən gəlmək məni daima uğura aparib.
Sizin ilk dərs günü ilə indi keçdiyiniz dərs arasındakı əsas fərq nədir? Bu illər ərzində hansı bacarıqlarınız inkişaf edib?
-İlk dərs günündə müəyyən qədər həyəcan olmasına baxmayaraq, irəliləyən zamanda bu həyəcanın təcrübə ilə yer dəyişdirdiyini hiss etdim.Kimya fənnini tədris etmək, ünsiyyət qurmaq, hər bir şagirdin psixologiyasinin fərqliliyini bilmək, hər birinə fərdi şəkildə yanaşa bilmək illər ərzində qazandığım bacarıqlardır.İnkşafa açıq biri olaraq, bir çox seminarlarda, təlimlərdə iştirak edib, qazandığım biliklərlə fəaliyyətimi dahada mükəmməlləşdirməyə çalışıram.
Sizə görə müasir müəllimin bilməli olduğu 3 əsas bacarıq hansıdır?
-Səbr etmək bacarığı, arxayın olmamaq bacarığı və mütəmadi şəkildə mütaliə etmək bacarığı. Şagirdlərə doğru zamanda, doğru üsul və vasitələrlə fənni tədris etmək bacarığı. Hər bir şagirdə şəxsiyyət kimi yanaşmalı və onun həyatında gözəl toxunuşlar etməli.
Sizin pedaqoji fəaliyyətinizdə tətbiq etdiyiniz fərqli metodlar hansıdır?
-Dərslərdən sonra müxtəlif mobil tətbiqlər vasitəsilə şagirlərlə əlaqə saxlayıb çətinlik çəkdikləri mövzularda onlara kömək etmək pedaqoji fəaliyyətimdə tətbiq etdiyim fərqli metoddur.
“Təhsil Səfiri” olaraq bugünkü təhsilimizdə nələri dəyişmək istərdiniz?
-Şagirdlərə hər şeydən öncə həyatda ətraflarına hörmətlə yanaşmalarına, ətraf mühiti qorumaqlarına, gələcəkdə baş verə biləcək təbii fəlakətlər zamanı ilkin olaraq öz təhlükəsizliklərini təmin etmələri və bu kimi onların gələcəyə hazır olmalarına şərait yaradacaq və öz ayaqları üzərində addımlamaqlarına kömək olacaq bir çox üsul və metodları dəyişmək və ya yeni metodlar yaratmaq istərdim.
“Təhsil Səfiri” olaraq ölkə təhsilinə hansı töhvələri verməyi düşünürsüz?
-Təhsilimizdə hər bir şəxs öz məsuliyyətini laiqincə yerinə yetirməlidir. Təhsilverdiyimiz şagirdlərə elmlə bərabər şəxsiyyətini formalaşdıracaq töhvələrdə verməliyik.
Nəyi yaxşı bacarırsınız?
-Bir müəllim kimi tədris etdiyim Kimya fənnini şagirdlərimə sevərək, vicdanla heç bir təmənna gözləmədən tədris etmək.
Ömrünüzün sonuna qədər həyata keçirmək istədiyiniz 3 əsas hədəfiniz nədir?
-şagirdlərimin ağıllı-kamallı, təhsilli gənc olduqlarını və vətənə, millətə xeyirli vətəndaş olduqlarını görmək.
Sizin həyat deviziniz:
-“Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.”