“7.Eğitimde Yeni Trendler İzmir Forumu 2023” başa çatdı.
16-20 noyabr 2023-cü il tarixlərində növbəti təhsil səfərimiz Türkiyənin 3-cü böyük şəhəri İzmirə oldu. İkinci ildir ki ardıcıl olaraq təşkil etdiyimiz İzmir səfəri ümumilikdə yeddinci idi.
“7.Eğitimde Yeni Trendler İzmir Forumu”
tədbirini Azərbaycan Maarifçilər Assosiasiyası olaraq Türkiyədəki təhsil tərəfdaşlarımız “Academic Support” və “Aspendos Academy” ilə birlikdə həyata keçirdik. Üzvlərimiz arasından seçilmiş 22 maarifçi müəllim Azərbaycanın müxtəlif bölgələrini təmsil edirdilər. Foruma qatılan nümayəndə heyətimiz arasında Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Kəlbəcər, Saatlı, Xırdalan və Masazır məktəblərindən olan məktəb direktorları, dərs hissə müdirləri, müəllimlər və eyni zamanda Bakı Dövlət Univeristeti, Qərbi Kaspi Univeristetinin professorları da var idi.
Forumun rəsmi açılışı
İzmir Ekonomi Univeristetində baş tutdu. Səfər zamanı iştirakçılar Universitet ilə tanış oldular, təhsil müəssisəsi haqqında ətraflı məlumatlandırıldılar. Tanışlıq görüşündə Prof. Dr. İsmihan BAYRAMOĞLU, Fen, Doç. Dr. Evrim ÜSTÜNLÜOĞLU, Uluslararası İlişkiler Ofisi Müdürü Hülya İNCEKARA, Azərbaycanın Türkiyədəki Səfirinin İzmir təhsil müşaviri Cavid Əliyev iştirak edirdi.
Görüşün ikinci hissəsində forum iştirakçıları Ekonomi Univeristeti Rektor danışmanı Doç. Dr. Evrim ÜSTÜNLÜOĞLU tərəfindən “Tasarım odaklı düşünme ve problem çözme” adlı interaktiv təlimdə iştirak etdilər.
Növbəti təlim “Terapi Oyunu”
psixoloji mərkəzində baş tutdu. Mərkəzin qurucusu Emre Güzel tərəfindən iştirakçılar üçün “Farkındalık eğitimi” adlı çox maraqlı və faydalı psixoloji qrup seansı təşkil edildi.
Forumun bağlanışı
EGE universitetinin Eğitim fakültəsində baş tutdu. İştirakçıları EGE Universiteti Rektor köməkçisi Prof. Dr. Mehmet ERSAN salamlayaraq universitet haqqında məlumat verdi və Azərbaycan -Türkiyə münasibətləri haqqında danışdı. Ardından Eğitim Fakultəsi Dekanı Prof. Dr. Osman Ferda Beytekin iştirakçılara “Eğitimde yeni trendler ve STEM” adlı maraqlı və faydalı təlim keçdi.
EGE universitetindən sonra
iştirakçılar Alsancak Nevvar Salih İşgören Mesleki ve Teknik Anadolu Lisesi-ni ziyarət elədilər. Peşə məktəbinin direktoru Özer Toykar əvvəlcə Türkiyə orta və ümumtəhsil sistemi haqqında ətraflı məlumat verdi. Ardından forum iştirakçılarını maraqlandıran sualları cavablandırdı. Daha sonra iştirakçılar üçün peşə məktəbinin dərs və laboratoriya otaqları ilə tanışlıq turu keçirildi.
Foruma qatılan maarifçi müəllimlər İzmir Ekonomi, EGE Universiteti və “Terapi Oyunu” psixoloji mərkəzi tərəfindən beynəlxalq sertifikat əldə etdilər.
Forumdan olan foto və videoları buradan əldə edə bilərsiniz: FOTO | VİDEO 1 | VİDEO 2
Növbəti təhsil səfərlərimizə qoşulmaq üçün bizi izləməyi unutmayın. Biz nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik.
#AMA #İşimizmaarifləndirməkdir #İzmirSəfəri2023 #AcademySupport #AspendosAcademy #Ekonomi #EGE #oyunterapisieğitimi #EYTF7