Azərbaycan Maarifçilər Assosiasiyası “AKİN Təhsil Proqramı”nın”Akademik İnkişaf Seminarları” çərçivəsində ilk seminarımızı 10 avqust 2023-cü ildə təqdim etdik. İlk seminarımız yeni tərəfdaşımız olan Loqos Psixoloji və Nitq Mərkəzinin dəstəyi ilə baş tutdu. “Müəllim peşəsinin risk faktorları” adlı interaktiv seminar mərkəzin psixoloqu Emin Səfərov tərəfindən keçirildi.
Seminar zamanı psixoloq aşağıdakı mövzulara toxundu və iştirakçılarla praktiv psixoloji çalışmalar işlədi:
* Risk faktorları və onlarla mübarizə;
* Pedaqoji fəaliyyətdə emosional yanma sindromu;
* Müəllimlərə psixoemosional sağlamlıqla bağlı tövsiyələr.
Tədbirdən olan video və fotoları buradan əldə edə bilərsiniz: VİDEO / FOTO
Seminarlarımız Bəsti Bağırova 2a (Statistika dairəsinin yanı) ünvanında keçirilir. Seminar yalnız AMA kart sahibləri üçündür və ödənişsizdir. AMA kart sahibi olmayanlar bit.ly/AMAkart qeydiyyatını doldurub kart sifariş etdikdən sonra seminara dəvətnamə əldə edə bilərlər. Ətraflı məlumat üçün 051 444 60 80 və 070 441 60 80 nömrələrimiz ilə əlaqə saxlaya bilərsiniz. Biz nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik.