Azərbaycan Maarifçilər Assosiasiyası (AMA) təhsil sahəsində ümumi məqsədlərə nail olmaq üçün bu sahədə çalışanların birgə fəaliyyətini əlaqələndirən birlikdir. AMA Respublikanın müxtəlif bölgələrində çalışan təhsil işçilərinin təşəbbüsü ilə təsis olunub. Assosiasiya respubilkanın bütün bölgələrində maarifləndirmə layihələri həyata keçirir.
AMA-ya üzvlük könüllülük əsasındadır və ödənişlidir. 3 illik tamqhüquqlu üzvlüyünü təsdiq edən maarifçilərə plastik kart şəkilində “Azərbaycan Maarifçi Kartı” hədiyyə olunur.
Dəyərlərimiz:
Sevgi – irqindən, cinsindən, vəzifə və statusundan asılı olmayararaq hər kəsə sevgi ilə yanaşmaq;
Təhsil – hər yerdə və hər zaman təhsili əsas tutmaq;
Toplum – hər bir işdə toplumun, cəmiyyətin inkişafını düşünmək;
Dürüstlük – özünə və digərlərinə qarşı dürüst olmaq.
Xidmətlərimiz:
Seminar, vebinarlar, təlim və master klaslar
Yerli və beynəlxalq əməkdaşlıq çərçivəsində layihələr