Əziz Maarifçilər!
Azərbaycan Maarifçilər Assosiasiyası 20 iyun 2020-ci ildə təsis olunub. Yarandığımız gündən Sevgi, Təhsil, Toplum və Dürüstlük kimi dəyərləri əsas tutaraq Azərbaycan maarifçilik hərəkatına öz töhfəmizi verməyə çalışırıq.
Məqsədimiz hər bir sahədə marrifçilik işi aparmaqdır. Komandamız günü gündən böyüyür, Assosiasiyamıza üzv olan maarifçilərin sayı artır. Maarifçi müəllimlərimizin şəxsi inkişafı üçün nəzərdə tutulan “AKİN -Akademik İnkişaf Təhsil Proqramı” çərçivəsində yeni “Təhsil Səfirləri”nə ehtiyacımız var. Bu məqsədlə Azərbaycanın bütün şəhər və rayonları üzrə “Təhsil Səfiri” müəllim inkişaf proqramını yenidən elan edirik.
Əgər Siz:
· Sevgi, Təhsil, Toplum və Dürüstlük kimi dəyərləri paylaşırsınızsa;
· Sosial şəbələlərdə ( FB, Instagram, Telegram, Whatsap) aktivsinizsə;
· Təhsil və maarifçilik adına işlər görmək istəyirsinizsə;
· Təhsil sahəsində peşəkar karyera qurmaq və təhsil idarəçisi kimi tanınmaq istəyirsinizsə;
· Gün ərzində bu işə ayıracaq ən azı 1 saat vaxtınız vardırsa;
· Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirə biləcəksinizsə;
· Özünüzü və ətrafınızdakı maarifçilərin şəxsi inkişafında maraqlısınızsa, o zaman bu proqram Sizin üçündür.
“Təhsil Səfiri” ictimai əsaslı bir işdir və ilk 1 ayı sınaq müdəti olmaqla 1 il müddətinə seçilir. Hər rayon və şəhər üzrə üzvlərin sayına uyğun bir neçə “Təhsil Səfiri”nin seçilməsi planlaşdırılır. Seçimlər zamanı son 1 ildə Azərbaycan Maarifçilər Assosiasiyasının tam hüquqlu üzvü olan və layihələrində aktiv iştirak edən maarifçilərimizə üstünlük veriləcəkdir.
Qeydiyyat və son müraciət tarixi:
“Təhsil Səfirləri” proqramına müraciət etmək üçün QEYDİYYATdan keçməyiniz tələb olunur.
Müraciət üçün son tarix: 14 dekabr 2023-cü il.