Fevralın 15-də təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır.
Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 15 fevral-31 mart tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Qrant müsabiqəsi barədə ətraflı məlumatla buradan tanış ola bilərsiniz.