– Səssiz siniflər – susmağı aşılayan “pedaqoji heyət”. Yaxşı müəllimin sinfi səssiz olar arqumentindən çıxmaq lazımdır. Hər səssiz sinifdə bir diktator müəllim vardır. Bunu dəyişmək lazımdır. Şagirdlər mövzu daxilində istənilən qədər aktiv ola bilərlər və bu kifayət qədər təbii prosesdir.
– Maddi texniki bazanın yoxluğu və ya yenilənməməsi – Kimyəvi maddələr, avadanlıqlar daim işlənən və yenilənməyə ehtiyac duyan sahələrdir. Təəssüf olsun ki, ən yaxşı halda təmirdən sonra dövlət məktəbləri bu maddələrlə təmin olunur. Nəticədə müəllim istifadə etmir ki, BİTƏR və sonra yenisini yerinə alan olmayacaq. Biologiya və Kimya dərslərinin təcrübi hissələri ən yaxşı halda video olaraq proyektorda göstərilir. Nə üçün?
Şagirdlərin təhlükəsizliyi – Şagirdlərə məxsus olan informasiyaların icazəsiz şəkildə cəmiyyətlə paylaşılması, tənəffüslər zamanı nəzarətsiz qalan şagirdlər, müəllimin diktatorluq fəaliyyəti, valideynin laqeyidliyi, emosional təzyiq, psixoloq çatışmazlığı….. hansını yazım?
– İdman, rəsm, texnologiya, musiqi dərsləri – Heç düşünmüsüz nə üçün bayağı mahnılara maraq bu qədər kütləviləşib? Səliqəli xətti təbliğ edib, yaradıcı rəsmi heçə sayan müəllimlərimiz hələ də var… İdman dərslərini “uşaq tərləyib soyuqlayar” adı altında ertələyən valideyn toplusu və komfort zonasından çıxa bilməyən müəllim ordusu…
– Qapalı mühit – Qapalı sinif otaqlarında kiçik qruplar. Bir sinfin digəri ilə əməkdaşlıq edə bilməməsi. Digər ölkələrdən olan yaşıdları ilə uzlaşmayan gələcək nəsil.
– Differentiation -dilimizdəki terminoloji qarşılığını tapa bilmədiyim üçün belə yazdım. Müxtəlif qavrama tezliyinə və imkanlarına sahib olan şagirdlərin qarşısına eyni hədəfi qoyduğumuz zaman, onlar əlçatmazlıq sindormu yaşayacaqlar. Amma biz hər şagirdə fərdi yanaşıb ona müvafiq təlim nəticələri aşılasaq o zaman o daha xoşbəxt olacaqdır.
Bütün bunları Bakı şəhərindəki yenicə təmirdən çıxmış dövlət məktəbində işləmiş biri olaraq yazıram. Hələ ucqarlardaki vəziyyət daha dəyişikdir. hamısı olmasa da gördüklərimin 10% bu postda paylaşdım. Məqsədim şəxsi təcrübəmdən ( həm müəllim həm valideyn olaraq) qaynaqlanan fikirləri paylaşaraq çıxış yolunu tapmaq üçün can atanlara real keyslər verməkdir.
Hər biri ayrıca qrant layihə mövzusu olan bu problemlərin həlli elə də çətin deyil.