Azərbaycan Maarifçilər Assosiasiyası üzvləri arasından seçilmiş Təhsil Səfirləri bütün şəhər, rayon, qəsəbə və kəndlərində ictimai əsaslarla fəaliyyət göstərərək təhsil ilə bağlı yenilikləri çatdıracaqlar. Proqramın məqsədi maarifçilik hərəkatının genişləndirilməsi, təhsil ictimaiyyətinin və eləcə də təhsil ilə əlaqəsi olan hər kəsin dəqiq, qərəzsiz və doğru şəkildə məlumatlandırılmasıdır.